WP: “İran Qətəri xəbərdarlıq göndərib” | VİDEO

   WP: “İran Qətəri xəbərdarlıq göndərib”    | VİDEO
  20 İyun 2025    Oxunub:835
Rəsmi Tehran, ABŞ İranı vurarsa, Fars körfəzindəki Amerika bazalarına zərbələr endirəcəyi ilə bağlı Qətər hökumətinə xəbərdarlıq göndərib. Həmin bazalardan biri isə Qətərin paytaxtı Doha yaxınlığında yerləşir.
AzVision.az xəbər verir ki, “Washinqton Post (WP)” nəşrinin yazdığına görə, əgər ABŞ İsrailin əməliyyatlarına qoşularsa, İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını da, həmçinin Vaşinqtonun regiondakı diplomatik nümayəndəliklərini hədəfə ala bilər.

“Təhlükə, həmçinin Tehranı dəstəkləyən radikal islamçı qruplaşmalardan da gələ bilər”, - qəzet vurğulayır.

Qətərin Xarici İşlər nazirliyi ölkənin əmiri Şeyx Təmim bin Həməd Al Taninin İran hakimiyyətindən məktub aldığını bildirsə də, onun məzmununu açıqlamayıb. Qətər ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) Yaxın Şərqdəki ən böyük bazasına- "Əl-Udeyd"ə ev sahibliyi edir. Bazada 10 minə qədər amerikalı əsgər qərarlaşıb.

Amerika İrana nüvə zərbəsi endirəcəkmi? | VİDEO
Bundan əvvəl Tehran Yaxın Şərqdə ABŞ-nin ən azı on hərbi obyektinin İranın raket sistemlərinin əhatə dairəsində olduğunu bildirmişdi. Bu baxımdan, Bəhreyn, İordaniya, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Oman, Suriya və Türkiyədəki bazalar potensial hücuma məruz qala bilər.

Qeyd edək ki, bəzi KİV-lər ABŞ prezidenti Donald Trampın İrana hücum planlarını özəl olaraq təsdiqlədiyini yazıb. Amerikalı jurnalsit-tədqiqatçı Seymur Xerş də ABŞ-nin artıq bu həftəsonu Fordo nüvə obyektini vura biləcəyini istisna etməyib.

Halbuki, bundan əvvəl Trampın ABŞ-nin İranın nüvə obyektinə zərbə endirməsinin effektivliyinə şübhə ilə yanaşdığı bildirilirdi.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   İran   Qətər   xəbərdarlıq  



Xəbər lenti